Android에 APK / APKS / OBB 파일을 설치하는 방법
Milli nizam – insanın, cəmiyyətin və dövlətin problemlərinin həllinə milli fikirlərin təqdim edilməsidir. Bu, iki anlayışın izahını tələb edir :
1. Milli
2. Nizam
Milli olan millətlə bağlıdır.Millət – inanc, dəyərlər vahidliyi əsasında ümumi təhlükə və mənfəət anlayışına malik olan, etnik deyil tarixi-mədəni və əqidəvi bir birlikdir. İnancımız bizə insanı, cəmiyyəti və dövləti idrak etmənin ilkin anlayışlarını verməkdədir. Bu milli və dini kimliyimizdir ki, o bizi minillik tariximizlə, böyük bir coğrafiyanı əhatə edən ümmət və türk dünyası ilə bağlamaqdadır. İnancımız həm də xalqımızın dəyişməz mental dəyərlərinin bünövrəsidir. Bu mental dəyərlərimiz ləyaqətli fərd, sağlam ailə və fərdlərinin bütün hallarda bir-birinə həmhal olduğu cəmiyyətdir. Millət öz fərdi, fərd də öz milləti üçün çalışmaqdadır. Bunun üçün millət fərd üçün yeganə zəruri mühit, fərd isə millətin cövhəridir. Qeyd edilən xüsusiyyətlərə malik olan millət isə irqindən, cinsindən,yaşından və dinindən asılı olmayaraq hamı üçün ədaləti təmin edəcək dövlətin bünövrəsidir.
Nizam – hissələri bir bütöv halına gətirən, əmin-amanlıq və inkişafı təmin edən əlaqələr sistemidir. Nizamsızlıq fəlakət, nizamlılıq səadətdir. Nizam milli tarixi irsi və inanc reallıqlarını nəzərə alaraq qurulduqda milli nizam xüsusiyyəti kəsb edir.
Qloballaşma dövründə xalqımıza xaricdən idxal edilən nizamlar gərəkli deyildir. Çünki ümumbəşəri zəruriyyətləri istisna etməklə idxal edilən nizamlar bir hissəsi olduğumuz türk-müsəlman dünyasının maraqlarını ifadə etməməkdədir. İdxal edilən nizamların bir çox hallarda məqsədi Azərbaycanı və türk-islam dünyasını neoimperializmin xammal əlavəsinə çevirməkdir.
파일 확인, arm64-v8a, armeabi-v7a, armeabi, x86_64, x86, mips, mips64용 APK서명이 개발자 인증서와 일치합니다
수정되지 않은 파일: 공식 앱 스토어에 있는 이 앱 버전들과 같은 인증서, Google이 관리하는 개발자의 앱 서명 키로 서명됨. 서명은 누가 파일에 서명했는지를 보여 줄 뿐, 앱이 어떻게 동작하는지는 알려 주지 않습니다.